İsrailə yüzlərlə raketlə hücum başladı: fövqəladə vəziyyət elan edildi – VİDEO
Yəməndə İran tərəfindən dəstəklənən husilər İsrailin paytaxtı Tel-Əvivə raket hücumu həyata keçirib.
Globalinfo.az xəbər verir ki, hücumla əlaqədar şəhərdə sirenlər işə düşüb, fövqəladə hal elan edilib.
İsrail ordusu isə hücumun yüzlərlə raketlə həyata keçirildiyini açıqlayıb.
Bu hadisə İsraildə Qəzzaya qurudan hücum planları ilə eyni vaxta təsadüf edir və ölkəni əlavə gərginliyə gətirib. Hücum nəticəsində İsrailin ən kritik hava limanlarından biri olan Ben Gurion hava limanında uçuşlar dayandırılıb, eniş və qalxışlar müvəqqəti olaraq dondurulub.
Hadisə həmçinin beynəlxalq ictimaiyyətdə narahatlıq yaradıb və İsrailin təhlükəsizlik tədbirlərini artırması gözlənilir.








