Yaxın iki həftə ərzində hər şey bəlli olacaq – Tramp
Yaxın iki həftə ərzində Ukraynada sülhün mümkün olub-olmayacağı aydın olacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp danışıb. Əks halda, o, Rusiyaya qarşı fərqli taktika tətbiq edəcəyini istisna etmir.
Onun sözlərinə görə, tərəflər arasında nəticə əldə olunmazsa, Vaşinqton yeni yanaşma yolları axtarmağa məcbur olacaq:
“Düşünürəm ki, iki həftədən sonra biz cavabı biləcəyik – bu və ya digər şəkildə. Əgər münaqişə həll olunmasa, fərqli yanaşma tapmalı olacağıq. O zaman hər şey həll olacaq”, – deyə ABŞ lideri qeyd edib.
Tramp əlavə edib ki, prosesin tezliklə aydınlaşacağına ümid edir.








