Bia.Az

“Onun ölümü ilə Prezidentliyə gəldim” – Pezeşkian

Dünya
 21-08-2025, 00:07     640

İran Prezidenti Məsud Pezeşkian Belarusda yaşayan iranlılarla görüşündə çıxış edib. 

Globalinfo.az xəbər verir ki, o, vəzifəyə gəlişindən bəri ölkəsinin qarşılaşdığı çətinliklərə diqqət çəkərək bildirib:

“Mənim Prezidentliyim Həniyənin ölümü ilə başladı, döyüş və müharibə ilə davam etdi”.

Pezeşkian çıxışında İranın qədim tarixinə və milli kimliyinə vurğu edərək deyib:

“Bir çox ölkələr yenicə yaranıb, amma İranın minillik tarixi var. Biz mədəniyyətimizi və inanclarımızı dirçəltməyi bacarmalıyıq. Ən önəmlisi isə gəncləri lazımi mövqelərə gətirməkdir”.скачать dle 12.1