Bia.Az

Hakim partiyanın eks deputatına sensasiyalı ittihamlar – ABŞ-dən 45 milyon dollar alıb...

Dünya
 20-08-2025, 13:49     561

Rusiya Baş Prokurorluğu Dövlət Dumasının keçmiş deputatı, Dağıstanlı siyasətçi Maqomed Hacıyevin ailəsini “ekstremist təşkilat” kimi tanımaq üçün məhkəməyə müraciət edib. İddiada Hacıyev, onun həyat yoldaşı, oğlu və bacısı “Rusiyaya düşmən mövqedə olan xarici dövlətlərə, o cümlədən Ukraynaya və onun silahlı qüvvələrinə dəstək verməkdə” ittiham olunur.

RBC yazır ki, prokurorluq ailənin “xaricdən idarə olunduğunu” və “Rusiya vətəndaşlarının həyat və sağlamlığına, həmçinin dövlətin təhlükəsizliyinə qarşı yönəldiyini” iddia edir.
Məhkəmə iddiasında Hacıyevin və ailəsinin bütün əmlakının müsadirəsi nəzərdə tutulur. “Vedomosti”nin məlumatına görə, aktivlərin dəyəri 2 milyard rubl olaraq qiymətləndirilib və onlar yüksək likvidli hesab edilir
Cavabdehlər sırasında həmçinin Hacıyevin atası Tacuddin, kürəkəni, eləcə də həyat yoldaşının valideynləri də var.
İddiada qeyd olunur ki, sabiq deputat ABŞ hökumətindən məxfi məlumatların ötürülməsi müqabilində azı 45 milyon dollar alıb. Polşanın “GeoPolityka” nəşri isə martda yazmışdı ki, həmin vəsaitin 36 milyonu ABŞ-ın “Wells Fargo” bankındakı hesabda saxlanılır. İddiaya görə, ABŞ Vergi Xidməti bu hesabın bağlanmasına icazə verməyib, çünki Hacıyev Vaşinqtona dəyərli məlumat təqdim edib.
Maqomed Hacıyev 2004–2021-ci illərdə “Yedinaya Rusiya” partiyasından dörd çağırış Dövlət Dumasının deputatı olub. Daha əvvəl o, Dağıstanın Vergilər Nazirliyində, eləcə də Cənub Federal Dairəsində rəhbər vəzifələrdə çalışıb. Hacıyev uzun müddət milyarder Süleyman Kərimovun biznes tərəfdaşı olub.
2023-cü ildə onun adı Rusiyada “xarici agentlər” siyahısına salınıb. Bundan başqa, sabiq deputat barəsində qətl işi üzrə cinayət işi açılıb. “Proyekt” nəşri ötən il yazırdı ki, Hacıyevin təqib olunmasının əsas səbəbi Kərimovla düşdüyü ciddi münaqişədir.
Rasim Əliyev
“AzPolitika.info”скачать dle 12.1