Bia.Az

Putin Trampla görüşə Sadıqovu apardı

Dünya
 16-08-2025, 00:46     680

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Ankoricdə danışıqlara başlayıblar.

Axar.az xəbər verir ki, “Agentstvo”nun araşdırmasına görə, Rusiya tərəfindən prezidentin sözlərini 2018-ci ildə Helsinkidə keçirilən sammitdə də tərcüməçilik etmiş Rusiya XİN əməkdaşı Aleksey Sadıqov tərcümə edəcək.

Qeyd edək ki, 2015-ci ildə Sadıqov Putini həmin vaxt ABŞ-ın dövlət katibi olan Con Kerri ilə görüşdə, eləcə də 2012-ci ildə London Olimpiya Oyunlarının açılışında müşayiət edib. Həmin tədbirdə Putin Böyük Britaniyanın Baş naziri Devid Kemeronun yanında əyləşmişdi.скачать dle 12.1