Bia.Az

"Podul" Tayvanı vurdu, Çinə doğru hərəkət edəcək

Dünya
 14-08-2025, 01:15     490

“Podul” qasırğası Tayvanın cənubunu vurub, küləyin sürəti saatda 191 km-ə çatıb, bir nəfər itkin düşüb.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Məlumata görə, hakimiyyət orqanları 5 mindən çox insanı təxliyə edib. Bütün daxili və bəzi beynəlxalq reyslər ləğv edilib. Bəzi rayonlarda məktəblər və ofislər bağlanıb.

Yaxın günlərdə Tayvana 190 mm-ə qədər yağış yağacağı proqnozlaşdırılır.

“Qasırğa bu həftənin sonunda Çinin cənub Futszyan əyalətinə doğru hərəkət edəcək.скачать dle 12.1