“Baza” Teleqram kanalının redaksiyasında əməliyyat: baş redaktor saxlanıldı
“Baza” Teleqram kanalının baş redaktoru Qleb Trifonov və onun həmkarı Moskvada rüşvət üstündə saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsindən məlumat verilib.
Bildirilib ki, onlar dindirilmək üçün müstəntiqə aparılıb.
İstintaq Komitəsinin məlumatına görə, axtarışlar zamanı istintaq üçün mühüm əhəmiyyət kəsb edən sənədlər və elektron saxlama vasitələri aşkar edilərək götürülüb.
“Baza” nəşrinin baş redaktorunun vəkili Aleksey Mixalçuk TASS-a deyib ki, redaksiyada daha əvvəl aparılan axtarışlardan sonra nəşrin saxlanılmış iki əməkdaşını sərbəst buraxıblar.
Onun sözlərinə görə, hazırda üç əməkdaş saxlanılmaqda davam edir: “Hüquqlarını müdafiə etdiyim Qleb Tixonov və onun iki həmkarı şöbədə qalmaqdadır”.
Qeyd edək ki, daha öncə də “Baza” Teleqram kanalına məlumat ötürməkdə ittiham edilən bir neçə polis əməkdaşı saxlanılıb.




