Bia.Az

Ərdoğan beynəlxalq aləmi Şimali Kipri tanımağa çağırdı

Dünya
 21-07-2025, 01:45     539

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, beynəlxalq ictimaiyyət Şimali Kipr Türk Respublikasını (ŞKTC) tanımalı və onunla əməkdaşlığı hərtərəfli inkişaf etdirməlidir.

R.T.Ərdoğan Türk ekspedisiya qüvvələrinin Şimali Kiprə enişinin 51-ci ildönümü ilə əlaqədar ŞKTC-də keçirilən bayram tədbirləri çərçivəsində deyib: "Beynəlxalq ictimaiyyətin reallıqla barışması və KKTC ilə diplomatik, siyasi və iqtisadi əlaqələr qurmasının, Kipr türklərinə qarşı ədalətsizliyə son qoymağın vaxtıdır.

Prezident qeyd edib: “Türkiyə Kipr probleminin adada iki dövlətin yaradılması əsasında həllini dəstəkləyir”.скачать dle 12.1