Polşa yüzlərlə Gürcüstan vətəndaşını deportasiya edir
Polşa hökuməti yüzlərlə Gürcüstan vətəndaşını ölkədən deportasiya edəcək.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstan daxili işlər naziri Tomaş Semonyak deyib.
O bildirib ki, Gürcüstan vətəndaşları Polşa ərazisində cinayət əməlləri ilə məşğuldur və bu səbəbdən müvafiq qərar verilib:
"Gürcüstan vətəndaşları arasında cinayətlə bağlı problemimiz var. Onların yüzlərləsi cinayət əməlləri ilə məşğul olduqları üçün Polşadan çıxarılır".




