Bia.Az

Rusiya səmasında 50-dən çox PUA vuruldu

Dünya
 11-07-2025, 00:54     527

Hava hücumundan müdafiə sistemləri üç saat ərzində Rusiya səmasında 26 PUA-nı zərərsizləşdirib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Moskva vaxtı ilə saat 17:00-dan saat 20:00-a qədər növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 26 təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib”, - Rusiya MN bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiya hərbi idarəsi hava hücumundan müdafiə qüvvələrinin saat 15:00-dan 16:30-a qədər Ukraynaya məxsus 25 PUA-nı məhv etdiyini bəyan edib.скачать dle 12.1