Lavrovdan “MAQATE”yə İranla bağlı ÇAĞIRIŞ: “Zəmanət verməlidir”

“MAQATE Tehrana gələcəkdə İranın nüvə proqramı ətrafında vəziyyəti siyasiləşdirməyə cəhd etməyəcəyinə dair zəmanət verməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Katiblik bundan sonra ona verilmiş səlahiyyətlərə ciddi əməl edəcəyinə dair təminat verməlidir. Eyni zamanda üzvlərdən birinin maraqlarını təşviq etmək üçün istifadə olunacaq xəbərləri gizlətməyə çalışmamalıdır”, – Lavrov vurğulayıb.