Zelenskidən ABŞ-ın tədarükü dayandırmasına reaksiya

Hazırda Ukrayna və ABŞ arasında müdafiə dəstəyinin tədarükü ilə bağlı bütün detallar dəqiqləşdirilir.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski xalqa axşam müraciətində deyib .
O, Ukraynanın müdafiə və xarici işlər nazirlərinin məruzələrini dinlədiyini bildirib.
Zelenski bəyan edib ki, bu və ya digər şəkildə Ukraynanın müdafiəsini təmin etməlidir.
Qeyd edək ki, Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.