Bia.Az

ETİRAZÇILAR RAZILAŞMANIN LƏĞVİNİ TƏLƏB EDİRLƏR – Parlamentin qarşısında aksiya davam edir (VİDEO)

Dünya
 10-11-2020, 12:26     112

Qarabağdakı məğlubiyyəti və faktiki kapitulyasiyanı həzm edə bilməyən minlərlə erməni İrəvandakı parlament binasının qarşısında dünən gecədən başlayan, bəzi hallarda parlament binasının içinə keçən etiraz aksiyasını davam etdirirlər.

“AzPolitika.info” xəbər verir ki, aksiya iştirakçıları Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış və ermənilərin məğlubiyyətini rəsmiləşdirən razılaşmaya etiraz edirlər. Onlar Ermənistan parlamenti tərəfindən ratifikasiya edilməli olan bu razılaşmanı xəyanət hesab edirlər.

 Aksiyaçılar Paşinyanın başçılıq etdiyi hakim partiyanın deputatlarından razılaşmanın əleyhinə səs vermələrini tələb ediblər.
Qeyd edək ki, müxalifətdəki “Çiçəklənən Ermənistan” fraksiyası razılaşmanın əleyhinə olan layihə hazırlayıb. Lakin onun qəbulu üçün hakim partiyanın təxminən 20 deputatının bu layihənin lehinə səs verməsi lazımdır.

Aksiyaya toplaşanlar Qarabağdakı döyüşlərdən gəldiklərini iddia ediblər. Və guya bu razılaşma təsdiqlənməsə, yenidən oraya qayıtmaq istədiklərini bildiriblər. Ancaq nədən hazırda Qarabağdakı döyüş mövqeyində yox, İrəvanda olduqlarını izah etməyiblər...скачать dle 12.1