Belqradda toqquşma, polis etirazçılara güc tətbiq etdi

Belqradın mərkəzində etirazçılarla polis arasında toqquşmalar başlayıb.
Teleqraf xəbər verir ki, asayiş keşikçiləri nümayişçilərə qarşı güc tətbiq edərək onları Knez Miloş küçəsindən çıxarıblar.
Etirazçılar da öz növbəsində polisə daş və fişənglər ataraq, jandarm kordonunu yarmağa çalışıblar.
İyunun 28-də serb tələbələr Belqradda növbədənkənar parlament seçkiləri tələbi ilə etiraz aksiyası keçiriblər. Onlar şəhərin mərkəzindəki Slaviya meydanını və ətrafdakı bəzi küçələri bağlayıblar.
Yada salaq ki, Serbiyada mitinqlər 2024-cü ilin noyabrında Novi Sadda qatar stansiyasında 16 nəfərin ölümünə səbəb olan tavanın uçmasından sonra başlayıb.