Bia.Az

Ağ Ev: ABŞ 20-dən çox ticarət sazişi üzərində işləyir

Dünya
 Bu gün, 02:17     90

Amerika Birləşmiş Ştatları (ABŞ) hazırda digər ölkələrlə 20-dən çox ticarət sazişi üzərində işləyir.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset bildirib.

"Onlar müxtəlif mərhələlərdədir, lakin hazırda onların sayı 20-dən çoxdur", - o, “Fox Business” telekanalına müsahibəsində deyib.

Hassetin sözlərinə görə, lazım gələrsə, ABŞ Prezidenti səmərəli danışıqlar aparan ölkələrlə rüsumların tətbiqi üçün son müddəti uzada bilər.
Bundan əlavə, Hasset Vaşinqton Çin ilə ticarət sazişinin "dilini razılaşdırdığını" əlavə edib.скачать dle 12.1