Ukraynanın buna haqqı yoxdur, qərarı xalqımız verəcək

Ötən gün Ukrayna Xarici İşlər Nazirliyi bəyan edib ki, macar xalqının Ukraynanın Avropa Birliyinə üzvlüyünə dəstək olub-olmaması ilə bağlı qərar vermək hüququ yoxdur. Ukrayna XİN səhv edir.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Macarıstan xarici işlər naziri Peter Siyarto çıxış edib.
“Hörmətli ukraynalı həmkarlar, üzvlüklə bağlı qərar verən siz deyilsiniz, Zelenski və Ukrayna hökuməti deyil. Bu qərar bizə - AB vətəndaşlarına, həmçinin macarlara aiddir”, - Siyarto qeyd edib.