Tramp - Zelenski görüşünün təfərrüatı açıqlandı - YENİLƏNDİ

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp NATO-nun Haaqa sammiti çərçivəsində Ukraynada atəşkəs rejimini müzakirə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında yazıb.
"Prezident Trampla uzun və mənalı görüş. Biz bütün həqiqətən vacib məsələləri əhatə etdik. Cənab prezidentə təşəkkür edirəm, ABŞ-a təşəkkür edirəm. Biz atəşkəs və real sülhə necə nail olmaq barədə danışdıq", - deyə Zelenski yazıb.
O əlavə edib ki, görüşün təfərrüatları daha sonra açıqlanacaq.
Daha əvvəl Ukrayna mətbuatı yazmışdı ki, Zelenski və Tramp təxminən 40 dəqiqə danışıblar.
***
17:52
BAKI, 25 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Haaqa sammiti çərçivəsində təxminən 40 dəqiqə davam edən görüş keçiriblər.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
"Görüş mediaya qapalı keçirilib. Görüşün nəticələri barədə tərəflərin yaxın vaxtlarda rəsmi açıqlama verməsi gözlənilir",- məlumatda belə deyilir.