Bia.Az

İsrail mühüm məlumatı elan etdi

Dünya
 24-06-2025, 10:31     380

İsrail tərəfi İranla atəşkəsin əldə olunduğunu elan edib.

Axar.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi bəyanat yayıb.

Bildirilib ki, əməliyyat məqsədlərinə nail olduqdan sonra ABŞ Prezidenti Donald Trampla tam koordinasiya əsasında İranla ikitərəfli atəşkəs razılaşdırılıb.

“İsrail atəşkəsin istənilən pozulmasına güclə cavab verəcək”, - bəyanatda qeyd edilib.скачать dle 12.1