Bia.Az

ABŞ-İran qarşıdurması yaxınlaşır? Tehran bazaları hədəf göstərdi

Dünya
 22-06-2025, 00:43     487

İranla İsrail arasında davam edən hərbi eskalasiya fonunda Tehran ABŞ-ı açıq şəkildə hədələyib. Bildirilib ki, ABŞ-ın Yaxın Şərqdəki bazalarını hədəfə almaq İsraili vurmaqdan daha asandır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı yüksək vəzifəli İran rəsmisinə istinadla məlumat yayıb.

“Yaxın Şərqdəki ABŞ hərbi bazalarını vurmaq İsrailin öz ərazisindəki hədəflərini vurmaqdan daha asandır”, – deyə iranlı məmur bildirib.

Onun sözlərinə görə, əgər Vaşinqton münaqişəyə birbaşa müdaxilə edərsə, bu, bütün regionu əhatə edən genişmiqyaslı qarşıdurmaya çevriləcək.
“ABŞ-ın münaqişəyə qoşulması onun Yaxın Şərqdəki maraqlarını ciddi risk altına salacaq. Vaşinqtonu ciddi şəkildə xəbərdar edirik”, – deyə o əlavə edib.

Hazırda regionda gərginlik pik həddədir və ABŞ tərəfi İsrailin İranla qarşıdurmasında iştirak məsələsini hələlik rəsmi şəkildə açıqlamayıb.скачать dle 12.1