Bia.Az

“Bütün Ukrayna bizimdir”: Putindən qalmaqallı AÇIQLAMALAR – YENİLƏNİB

Dünya
 20-06-2025, 20:18     361

Rusiya Ukrayna ilə sərhəd boyunca təhlükəsizlik zonaları yaratmağa məcbur olub. Bu, artıq yetərincə komplektləşdirilməmiş Ukrayna ordusunu daha da zəiflədib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı danışıb.

“Kiyev özü-özünə problem yaratdı. Kurks vilayətinə hücum edərək bu prosesin əsas səbəbkarına çevrildi. Təkcə Kursk istiqamətində Ukrayna 76 min hərbçisini itirib”, – deyə Putin vurğulayıb.

Putin həmçinin bildirib ki, Ukraynada baş verən faciə, dünya nizamında baş verən dəyişikliklərlə barışmaq istəməyən qüvvələrin fəaliyyətinin nəticəsidir.

*** 19:51
Rusiya və Ukrayna bir millətin üzvləridir, bu baxımdan bütün Ukrayna bizimdir”.

Həmçinin oxuyun:

Medvedevin müharibədən qazancı ortaya çıxdı – İnanılmaz

Globalinfo.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı Ukrayna ilə bağlı qalmaqallı bəyanatlar səsləndirib.

“Tarixi bir deyim var: rus əsgərinin ayaq basdığı yer Rusiyaya məxsusdur”, – o deyib.

Rusiya dövlət başçısı əlavə edib ki, Qərb Ukrayna ətrafında baş verən hadisələrdə güc mövqeyindən çıxış etməyə çalışıb, lakin bu yanaşma nəticə verməyib.

Putinin sözlərinə görə, Rusiya müharibənin müxtəlif mərhələlərində Ukraynaya hərbi əməliyyatları dayandırmaq və danışıqlara başlamaq təklifləri verib:

“Biz Ukraynanın kapitulyasiyasını tələb etmirik. Biz sadəcə Kiyev rejiminin reallığı qəbul etməsini istəyirik”, – o bildirib.скачать dle 12.1