İrandan sensasion açıqlama: “Uran ehtiyatlarımızı gizli əraziyə köçürdük”

İranın zənginləşdirilmiş uran ehtiyatları başqa əraziyə köçürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı Möhsün Rezayi məlumat verib.
O bildirib ki, İranın zənginləşdirilmiş uran ehtiyatları təhlükəsizlik tədbirləri çərçivəsində artıq uzun müddətdir ki, başqa bir əraziyə köçürülüb. Təfərrüatlar barədə məlumat verilməyib.