İranda kürdlər ayağa qalxdı – hökumətin istefasını tələb etdilər

İsraillə İran arasında davam edən gərginlik fonunda İran kürdləri hakimiyyətə qarşı savaş açmaq niyyətində olduqlarını bəyan ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə ictimai-siyasi ekspert Qriqori Tamar məlumat yayıb.
Onun sözlərinə görə, İran kürdlərinin lideri Hüseyn Yazdanpənah xalqa müraciət edərək onları silahlanmaya, İran rejiminə qarşı müqavimət göstərməyə, SEPAH-a qarşı hücumlara başlamağa və silahları ələ keçirərək toqquşmalara hazır olmağa çağırıb.
Həmçinin oxuyun:
Bakının iki dostu dağıdıcı müharibəyə başlayır? – 3 kritik detalQeyd edək ki, İranda bu qarışıqlıq İsrailin son bir neçə gündür davam edən hücumları fonunda yaranıb.
Tamar bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu açıqlamasında İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasının səbəbini açıqlayıb. Baş nazir buna səbəblərdən biri kimi İsrail kəşfiyyatının İranın 10 min raketdən ibarət arsenal yaratmaq barədə məlumatları əldə etməsi olub. Netanyahunun sözlərinə görə, bu baş verərsə, İsrail İranla mübarizə aparmaq gücünə sahib olmayacaq və məhv ediləcək.
“Haqqin.az” saytının baş redaktoru Eynulla Fətullayev isə bu mövzuda özünün feysbuk səhifəsində maraqlı paylaşım edib. O bildirib:
“PAK-ın lideri Hüseyn Yazdanpənah İran Kürdüstanının müstəqilliyi haqda danışıb, Tehrana hücum edəcəklərini bəyan edib.
Yeri gəlmişkən, PAK Bərzani ailəsinin müttəfiqidir və Peşmerqə ilə birgə İŞİD-ə qarşı döyüşlərdə iştirak edib.İran kürdlərinin digər təşkiları PDKİ-də dərhal fəallaşıb. İran Kürdüstanının Demokratik Partiyası Hamneyi hakimiyyətinin istefasını tələb edib.
PKK-nın İrandakı qolu PJAK da kürdləri üsyana çağırıb. PAK-ın baş katibi Abdulla Mohtadi isə Vaşinqtona çağırılıb”