Bia.Az

İran həbxanasından kütləvi qaçışın olduğu bildirilir - YENİLƏNDİ/VİDEO

Dünya
 17-06-2025, 02:04     370

Tehranın qərbindəki həbsxanadan məhbuslar qaçıb.

Teleqraf xəbər verir ki, İranın müxalifət kanalları kütləvi qaçışla bağlı xəbərlər yayıblar.

Dizelabadın mərkəzi həbsxanası yaxınlığında çəkilmiş kadrlarda insanların magistral yolda sürətlə getdiyi görünür.

Media həbsxanaya hücumlardan sonra məhbusların çaşqınlıq içində qaçdığını iddia edir.

Çaxnaşmaya düşən işçilərin onların təqdib etmədikləri bildirilir. Başqa bir versiyaya görə, raket həbsxana binasına düşüb və məhkumlar arasında qarışıqlıq yaradıb.

***

İranın müxalifət kanalları Tehranda iğtişaşların başladığını yazır.

Teleqraf xəbər verir ki, İran həbsxanasından kütləvi qaçışın olduğu barədə məlumat yayılmaqdadır.

Teleqraf müxtəlif sosial şəbəkələrdə paylaşılan videonu təqdim edir

скачать dle 12.1