Bia.Az

İsraili qoruyacaq istənilən ölkə vurulacaq! - İrandan təhdid

Dünya
 14-06-2025, 11:04     409

İran İsrailə qarşı hücumlarını gücləndirəcək və onu qorumağa çalışan hər hansı ölkənin regional bazalarını hədəfə alacaq.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalına yüksəkrütbəli İran rəsmisi bildirib.

“İran beynəlxalq hüquqa uyğun olaraq bu rejimə (İsrailə – red.) qətiyyətlə cavab vermək hüququnu özündə saxlayır. İranın əməliyyatlarından rejimi qorumağa çalışan hər hansı ölkə öz növbəsində regional bazalarının və mövqelərinin yeni hədəflərə çevrildiyini görəcək”, – o qeyd edib.
Xatırladaq ki, daha əvvəl İranın BMT-dəki daimi nümayəndəsi İsrailin İran ərazisinə zərbələrində ABŞ-ın iştirak etdiyini bildirmişdi.скачать dle 12.1