Bia.Az

ERMƏNİ ƏSGƏRİNIN ÜMİDSIZ HALI... – Fiziki və əqli qüsurluları da cəbhəyə göndərirlər + FOTO

Dünya
 4-11-2020, 13:15     84

Azərbaycan Ordusunun zəfər yürüşünün bir zamanlar “yenilməz” sayılan erməni hərbi birləşmələrini hansı rəzil günə qoyduğu yaxşı məlumdur. Hərbi texnika və silah-sursat baxımından böyük və yerinin doldurulması mümkün olmayacaq dərəcədə itki verən Ermənistanın sınıq-salxaq ordusunun şəxsi heyət sarıdan da bərbad vəziyyətə düşdüyü və 10 min nəfərədək itki verdiyinə dair məlumatlar var.

“AzPolitika.info” xəbər verir ki, bu gün Ermənistan mətbuatında cəbhə bölgəsinə yeni gətirilən bir qrup erməninin keşişlər tərəfindən “xaçlanması” mərasiminə dair fotolar yayılıb.

Döyüşə göndərilən ermənilərin hansı ruh halında olduqları üzlərindən görünür. Bu da azmış kimi onların əksəriyyətinin ciddi fiziki və hətta əqli qüsurlarının olduğunu müşahidə etmək mümkündür.

Həmin fotolardan biri Azərbaycan əsgərilə işğalçı quldur dəstəsinin əzilmiş, çökmüş və məğlubiyyətə məhkum əsgərləri arasındakı fərqi görməyə tam imkan verir.    скачать dle 12.1