Bia.Az

İsrailin müdafiə naziri bəyanat yaydı -"İran bütün qırmızı xətləri keçdi"

Dünya
 14-06-2025, 00:44     434

İsrailin müdafiə naziri İsrael Katz İranın mülki yaşayış məntəqələrinə zərbələr endirdiyini deyib: “İran İsraildəki mülki hədəflərə raketlər atmaqla bütün qırmızı xətləri keçib”.

Musavat.com xəbər verir ki, nazir yaydığı bəyanatda dünya ictimaiyyətini İranın mülki insanları hədəf almasına biganə qalmamağa çağırıb.

Nazir bildirib: “Biz İsrail vətəndaşlarını qorumağa davam edəcəyik və Ayətullah rejiminin öz dəhşətli hərəkətlərinə görə çox yüksək qiymət ödəyəcəyinə əmin olacağıq”.скачать dle 12.1