İrandan İsrailə doğru 100-ə yaxın PUA hücuma keçdi - Video

ran son bir neçə saat ərzində İsrailə 100-dən çox PUA ilə hücuma keçib.
Axar.az xəbər verir ki, bu barədə Israil ordusunun briqada generalı Effi Defrin məlumat yayıb.
Onun sözlərinə görə, İsrail ordusu PUA-ları vurmaq üçün iş aparır.
PUA-ların İsrailə iki saata çatacağı bildirilir.
***
İsrail ordusundan bildirilib ki, Hərbi Hava Qüvvələri İsraildən kənarda, Yaxın Şərq səmasında İran PUA-larını vurmağa başlayıb.