Bia.Az

Hindistanda təyyarə qəzası: bütün sərnişinlər həlak oldu – ANBAAN VİDEO

Dünya
 12-06-2025, 16:43     456

Hindistanda qəzaya uğrayan “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” sərnişin təyyarəsinin göyərtəsində olan 242 nəfərin hamısı həlak olub.

Globalinfo.az xəbər verir ki, həlak olanlar arasında 10 ekipaj üzvü və bort bələdçilərinin olduğu bildirilir.
İlkin məlumatlara görə, hava gəmisi quşla toqquşub və uçuş üçün optimal sürətə çata bilməyib.
***
Hindistanda “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 133 nəfərə çatıb.
***
Hindistanda qəzaya uğrayan təyyarənin göyərtəsində 169 Hindistan, 53 Britaniya, 7 Portuqaliya və 1 Kanada vətəndaşı olub.
Globalinfo.az xəbər verir ki, təyyarənin həkimlər üçün yataqxana binasının üzərinə düşdüyü bildirilir.
***
Hindistanda təyyarə qəzası nəticəsində 40 nəfər həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Hindistan mediası hökumət mənbələrinə istinadən məlumat yayıb.
***12:59
Hindistandan Londona uçan “Air İndia” sərnişin təyyarəsi Əhmədabad hava limanında havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “İndia Today” məlumat yayıb.
Qəzadan dərhal sonra hadisə yerinə 7 yanğınsöndürən maşın cəlb edilib.
Məlumata görə, göyərtədə 242 (bəzi mənbələrə görə, 150 nəfər – red.) olub. Onların hamısının həlak olduğu deyilir.

скачать dle 12.1