Bia.Az

Fitsodan Rusiya açıqlaması: AB bunu etməsə...

Dünya
 11-06-2025, 01:02     498

Slovakiya Avropa Birliyinin Rusiyaya qarşı qarşıdan gələn sanksiyalar paketini dəstəkləməyəcək.

Axar.az xəbər verir ki, bunu ölkənin baş naziri Robert Fitso bildirib.

"Avropa Komissiyası Slovakiyanın düşəcəyi böhranlı vəziyyətin real həllini təqdim etməsə, Slovakiya Rusiyaya qarşı 18-ci sanksiyalar paketini dəstəkləməyəcək", - Fitso yazıb.

O qeyd edib ki, Rusiyadan qaz, neft və nüvə yanacağı tədarükü tamamilə kəsilərsə, Slovakiya üçün böhranlı vəziyyət yaranacaq.скачать dle 12.1