Türkiyədə TV rəhbəri həbs olunur

Türkiyənin “Halk” telekanalının İdarə Heyətinin sədri Cafer Mahiroğlu haqqında həbs qərarı çıxarılıb.
Globalinfo.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində telekanal sahibinin tender proseslərinə müdaxilə etdiyi müəyyən edilib.
Xaricə gedən Mahiroğlu barədə məhkəmə növbətçi həbs qərarı çıxarıb.