“Aerodromların vurulmasında onların əli var” – Lavrov

“İngilislər Rusiyaya qarşı terror hücumlarında Ukraynaya 100 faiz kömək edir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O, bu barədə “Gələcəyin Forumu – 2050” adlı tədbirdə danışıb.
“Kiyevin hərbi aerodromlarımıza hücumunda Londonun əli var”, – Lavrov bildirib.
Qeyd edək ki, iyunun 1-də Ukraynanın pilotsuz təyyarələri Rusiya bombardmançı təyyarələrinin məhv edilməsi üzrə Təhlükəsizlik Xidmətinin “Hörümçək toru” xüsusi əməliyyatı çərçivəsində bu ölkənin hərbi aerodromlarına hücum edib.
Ukrayna mətbuatının verdiyi məlumata görə, 40-dan çox təyyarə, o cümlədən A-50, Tu-95 və Tu-22 M3 məhv edilib.