Bia.Az

ran İsraili hədələdi: Gizli nüvə obyektlərini vuracağıq!

Dünya
 10-06-2025, 00:55     485

İran xüsusi xidmət orqanlarının əldə etdiyi məlumatlar, İsrail tərəfindən hücum olacağı təqdirdə, onun "gizli nüvə infrastrukturuna" cavab zərbələri endirməyə imkan verir.

Teleqraf xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının bəyanatında deyilir.

"Bu gün İranın kəşfiyyat-əməliyyat tədbirləri nəticəsində əldə etdiyi məlumatlar, döyüşçülərimizə respublikanın nüvə infrastrukturuna İsrailin potensial hücumuna qarşı durmağa və onun gizli nüvə infrastrukturuna mütənasib zərbə endirməklə hər hansı təcavüzü dəf etməyə imkan verir", - bəyanatda qeyd olunur.скачать dle 12.1