Maskın gözü buna görə göyəribmiş – Bessentlə davasının təfərrüatı

Ağ Evdə ABŞ-ın maliyyə naziri Bessent və amerikalı milyarder İlon Mask arasında dava olub.
Globalinfo.az xəbər verir ki, “The Washington Post” Mask və Bessentin davası ilə bağlı təfərrüatları dərc edib.
Nəşr Trampın sabiq müşaviri Stiv Bennona istinadən yazıb ki, Mask və Bessent Ağ Evdə dalaşıblar:
“Hər şey ittihamlarla başlayıb. Guya Mask büdcədə bir trilyon dollar qənaət tapmağa söz verib, amma cəmi yüz milyard dollar tapıb.
Bundan sonra Bessent Maskı dələduz adlandırıb. Mask isə maliyyə nazirini sinəsindən itələyib, bunun cavabında Bessent yumruqla onun gözünə zərbə endirib”.