Bia.Az

Moldovada prezident seçkisi: ikinci turda hansı namizəd qalib gələ bilər?

Dünya
 2-11-2020, 12:41     355

Moldovada prezident seçkiləri başa çatıb. Gözlənildiyi kimi, ilk turda qalib müəyyən olunmadı. İkinci turda hazırkı prezident İqor Dodon və sabiq baş nazir Maya Sandu mübarizə aparacaq. Bülletenlərin 99%-i sayılıb, Dodon 33,16%, Sandu 35,48% səs alıb. Noyabrın 15-də seçkinin ikinci turu gözlənir.

Dörd il əvvəlki seçkidə də bu iki namizəd yarışmış və Dodon 2-ci turda 52% səs toplayaraq qələbə qazanmışdı.

Dodon xarici siyasətdə Avrasiya vektorunun tərəfdarıdır və Rusiyaya çox yaxındır. Bir neçə gün əvvəl Putin ona açıq dəstəyini ifadə etmişdi. Sandu isə avroatlantik inteqrasiyanın tərəfdarıdır. O, Rumıniya ilə birləşmək ideyasına da qarşı çıxmır və buna referendumda xalqın qərar verməli olduğunu bildirir.

2016-cı ildə Dodon ikinci turda Sandunu 5 faizdən də az fərqlə geridə qoymuşdu, ancaq səsvermədə saxtakarlıq iddiaları səslənirdi.
Siyasi təhlilçi Valentin Naumesku bildirib ki, birinci turun nəticəsi gözlənən idi. Onun fikrincə, Dodon mövqeyini gücləndirərək ikinci turda qalib gələcək.

3.5 milyon əhalisi olan Moldova Avropanın ən yoxsul ölkəsidir. Bir tərəfdə Rusiya, digər tərəfdə Avropa Birliyi (AB), özəlliklə qonşu Rumıniya ilə əlaqələr tərəfdarları arasında kəskin uçurum var. Ölkənin separatçı Dnestryanı regionu 1990-cı illər müharibəsindən sonra faktiki müstəqildir.скачать dle 12.1