Qazaxıstanda güclü partlayış - Ölənlər var - VİDEO

Qazaxıstanın Atırau vilayətinin Kulsarı şəhərində yanacaqdoldurma məntəqəsində baş verən güclü partlayış böyük yanğına səbəb olub.
Teleqraf Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb, daha 14 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yanğının yaxınlıqdakı tikililərə yayıldığı bildirilir.