“Həll olmaq üzrə idi…” – Tramp məyus oldu

“Təkcə Putin yox, Zelenski də çox inadkardır”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp AĞ Evdə jurnalistlərə açıqlamasında deyib.
Tramp bildirib ki, Kiyevə raket hücumları danışıqların demək olar ki, son mərhələsinə çatdığı bir vaxtda onu həm təəccübləndirib, həm də məyus edib.
“Elə şeylər gördüm ki, çox təəccübləndim: Kiyev kimi şəhərlərə raket atılması… Halbuki hesab edirdim ki, danışıqlar demək olar ki, nəticə vermək üzrə idi. Biz problemi həll etmək üzrəydik – birdən raket hücumları başladı… Mən Putin tərəfindən çox məyus oldum”, – deyə Tramp bildirib.