Tramp ABŞ-nin Rusiyaya qarşı hansı addımlar atacağını açıqlamadı

ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı danışıqların gedişindən narazılıq yaranarsa, Vaşinqtonun Rusiyaya qarşı hansı addımlar ata biləcəyi barədə danışmayacağını söyləyib.
Teleqraf xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
Jurnalist Trampdan Rusiya Prezidenti Vladimir Putinin "odla oynadığı" ilə bağlı sözlərinə şərh verməsini və Rusiyanı nələrin gözləyə biləcəyi haqqında danışmasını xahiş edir. "Mən sizə dəqiq deməyəcəm, amma sözlər çox şeydən xəbər verir. Biz bu vəziyyətdən məmnun deyilik", - o bildirib.
"Deyə bilərəm ki, bir neçə gecə əvvəl, sizin danışıqlar adlandıracağınızın davam etdiyi bir zamanda insanların öldürülməsindən çox məyusam. Mən bundan çox məyusam", - ABŞ Prezidenti əlavə edib