Medvedevdən Trampa cavab: “ABŞ Prezidenti anlamalıdır ki…”

“Əsl təhlükə Üçüncü Dünya müharibəsidir”
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev öz “X” hesabında paylaşım edib.
O, bu sözləri ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə bağlı son açıqlamasına reaksiya verərkən verib.
“Əslində, həqiqətən pis şey Üçüncü Dünya müharibəsidir. ABŞ Prezidenti bunu başa düşməlidir”, – deyə Medvedev bildirib.
Xatırladaq ki, Donald Tramp daha əvvəl verdiyi açıqlamada deyib: “Putin anlamır ki, əgər mən olmasaydım, Rusiya ilə artıq çox pis şeylər baş vermişdi. Mən çox pis deyəndə, həqiqətən çox pis şeyləri nəzərdə tuturam. O, odla oynayır”.