Bia.Az

Tramp: Putin dəli olub, sonda Rusiyanı məhv edəcək

Dünya
 26-05-2025, 10:41     429

“Vladimir Putin tamamilə dəli olub”.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
“O, tamamilə dəli olub! Lazımsız yerə saysız-hesabsız insanları öldürür, mən təkcə əsgərlərdən danışmıram. Heç bir səbəb olmadan Ukrayna şəhərlərinə raketlər və pilotsuz təyyarələr buraxılır”, - Tramp bildirib.
ABŞ Prezidenti əlavə edib ki, Putin bütün Ukraynanı almaq istəyir, amma bunun Rusiya üçün sonu yaxşı olmayacaq:
“Mən həmişə demişəm ki, o, təkcə bir hissəsini deyil, bütün Ukraynanı istəyir. Amma buna nail olsa, bu, Rusiyanın dağılmasına gətirib çıxaracaq”.
скачать dle 12.1