Bia.Az

Türkiyədə mağazadan oğurluq edən azərbaycanlılar tutuldu - VİDEO

Dünya
 4-03-2020, 13:30     342

Türkiyədə mağazadan oğurluq edən azərbaycanlılar tutuldu - VİDEOTürkiyənin Kocaeli vilayətinin Başiskele və İzmit rayonlarında oğurluq edən azərbaycanlılar tutulub.

“Hürriyet”in xəbərinə görə, oğurluq faktı doqquz fərqli geyim mağazasında aşkar edilib.

Həmin yerlərdən paltar oğurlayanlar beş azərbaycanlı və Gürcüstan vətəndaşı olub.

Onların ümumilikdə 100 000 lirə (27,800 AZN) dəyərində paltar oğurladığı bildirilir.

Oğurlanan paltarlar mağaza sahiblərinə qaytarılıb.скачать dle 12.1