Bia.Az

Tramp Rusiya və İranı regiondan silməyə hazırlaşır – ABŞ böyük işğal ərəfəsində

Dünya
 18-01-2025, 00:01     769

ABŞ-da yeni seçilmiş Prezident Donald Trampın inaqurasiya portreti müzakirələrə səbəb olub. Yeni portretin əvvəlkindən əhəmiyyətli dərəcədə fərqlənməsi – Trampın daha gərgin simada olması böyük və ağrılı proseslərin mesajı kimi dəyərləndirilib.

Bununla yanaşı, “Ekonomist” nəşri yazır ki, Tramp Amerikanın 80 illik xarici siyasətini dəyişəcək.

Söhbət hansı dəyişiklikdən gedir? 80 ildir ABŞ necə siyasət yürüdürdü, indi necə siyasətə keçid ala bilər?

Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, Amerika siyasətinin əsas göstəricisi imperiya siyasətidir, yəni dünyaya ağalıq etməyə çalışırlar:

“İkinci Dünya müharibəsindən sonra bu siyasət ciddi şəkildə oturuşub. 1820-ci illərdə 5-ci prezident Ceyms Monro dünyaya belə bir mesaj vermişdi ki, Amerika qitəsində ABŞ faktiki olaraq yeni nizam yarada bilər. Buna onun gücü çatır və yaxşı olar ki, Avropa ölkələri Amerika qitəsinin proseslərinə qatılmasınlar. O həm də çalışırdı ki, müstəmləkəçi məmləkətlərin Amerikaya hərəkətinin qarşısını alsın. Bu siyahıya Böyük Britaniya, Portuqaliya, İspaniya, Fransa və s. daxil idi. Onların əl-ayağını özünəməxsus tərzdə bağlamaq istəyirdi. Bu gün Manro hakimiyyətindən xeyli vaxt keçməsinə baxmayaraq ABŞ siyasətində bu ana xətt əsas olaraq qalır”.
Politoloqun sözlərinə görə, Donald Tramp sələflərinin üstünlüklərini və səhvlərini silaha çevirəcək:
tofiq abbasov
Tofiq Abbasov

“ABŞ-ın əsrlər boyu etmək istədiyini həyata keçirməyə çalışacaq. Söhbət ilk növbədə dövlətin dayaqlarının möhkəmləndirilməsindən gedir. ABŞ yekdil lider olmaq istəyir. Beləliklə, Rusiya, Çin və digər ölkələrin rəqabət mühitini azaltmış olacaq. ABŞ-ın gücünü artırıb, ölkə siyasətinin zəif olduğu bölgələrdə də özünəməxsus status-kvo yaratmağa cəhd göstərəcək. Hədəfdə Cənubi Amerika da var. Bura solçuların fəal olduğu qitədir. Onlar ABŞ-ın mövcud siyasətini qəbul etmir və çalışırlar ki, öz tutduqları xətti gündəmdə saxlasınlar”.

Tofiq Abbasov qeyd edib ki, Yaxın Şərq ABŞ-ın müdaxilə edəcəyi ilk namizədlər sırasındadır:

“Suriyadakı hakimiyyət dəyişikliyindən sonra ABŞ Rusiya və İranı ümumiyyətlə regiondan silməyə çalışacaq. Bununla da öz siyasətini yerləşdirmiş olacaq. Bölgədə yeni müharibə, toqquşmalar üçün tutarlı əsaslar var. Nə qədər Nobel sülh mükafatına istiqamətlənmiş Donald Tramp obrazı yaradılsa da regionu özləri daha gərgin vəziyyətə salacaq. Müharibənin əleyhinə olduğunu bilsə də dişli siyasət yürütməyə hazırlaşır. Potensial rəqiblərini psixoloji cəhətdən sarsıda, ehtiyac olduğu halda fiziki gücdən də istifadə edə bilər. Kanada, Panama və s. məsələlər təsadüfi deyil. ABŞ bu əraziləri özü üçün münbit platformaya çevirməyə hazırlaşır”.скачать dle 12.1