Zaxaravodan erməni jurnalistə: “Qarabağda Azərbaycan bayrağı dalğalanır”

“Ermənistanın Rusiya televiziyasının efirində jurnalistin səsləndirdiyi bəyanatlara reaksiyası çaşdırıcıdır. Moskvanın məsələ ilə bağlı rəsmi mövqeyi İrəvana məlumdur”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O, Kremlin regionda kommunikasiyaların açılması ilə bağlı yanaşmasının Ermənistana məlum olduğunu bildirib:
“Biz İrəvandan həmişə Ermənistanın söz azadlığına sadiq olduğunu eşitmişik. Xüsusilə ölkənin hazırkı rəhbərliyi bunu vurğulayır. 2020-2022-ci illərdə imzalanan saziş əsasında regionda bütün nəqliyyat və iqtisadi əlaqələrin bərpası ilə bağlı Moskvanın rəsmi mövqeyi İrəvana yaxşı məlumdur”.
Qeyd edək ki, ötən gün Rusiyanın İrəvandakı səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub. Buna səbəb kimi Rusiyada yayımlanan “Vesti nedeli” proqramında Ermənistanın ərazi bütövlüyü və suverenliyinə qarşı fikirlərin səsləndirilməsi göstərilib. Məlumata görə, proqramda Zəngəzur dəhlizinin açılması müzakirə edilib.