Zelenski Fitsoya cavab verdi: Yaxşı, gəl Kiyevə!

Ukrayna Prezidenti Vladimir Zelenski Slovakiyanın Baş naziri Robert Fitsonun görüş təklifinə cavab verib.
Axar.az xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkə hesabında yazıb.
“Yaxşı. Cümə günü Kiyevə gəlin”, - Zelenski bildirib.
Qeyd edək ki, bundan əvvəl Robert Fitso Vladimir Zelenskini Kiyevin Rusiya qazının tədarükünü dayandırmaq qərarı ilə bağlı fikir ayrılıqları
fonunda qaz tranziti müzakirəsinə çağırış edib. Ofisi tərəfindən Zelenskiyə yazdığı açıq məktubda Fitso görüşün Slovakiyada, Ukrayna ilə sərhədə yaxın ərazidə keçirilə biləcəyini bildirib.
Fitso Ukraynanın tranziti kəsməsi səbəbindən Avropada qazın qiymətinin qalxdığını qeyd edib