Bia.Az

Artıq bu reallıqdır, İran Türkiyəyə qarşı... – Voskanyan

Dünya
 13-01-2025, 10:35     513

İran Suriyada PKK/YPG terror təşkilatı ilə Türkiyəyə qarşı əməkdaşlığa başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni iranşünas Vardan Voskanyan bildirib.

Ekspert Türkiyə mənbələrinə istinadla deyib ki, Tehran bu əməkdaşlıq çərçivəsində PKK/YPG-yə 1500 PUA və zenit sistemi təhvil verib:

“Əgər bu xəbər doğrudursa, o zaman Suriya ərazisində Türkiyəyə qarşı kürd-İran əməkdaşlığının getdikcə reallığa çevrildiyi göz qabağındadır”.скачать dle 12.1