Bia.Az

Rusiyaya şok: PUA vurdu, 800 min tonluq yanacaq anbarı yanır

Dünya
 13-01-2025, 01:40     508

Yanvarın 8-də Saratov vilayətinin Engels şəhərindəki neft bazasına PUA hücumu zamanı hər biri 120 min kub olan 3 anbar tamamilə məhv edilib, daha 6 anbar isə ciddi xəsarət alıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, hərbi aerodrom üçün saxlanılan 800 min tonluq ehtiyat anbar parkı sıradan çıxıb:

“Hazırda Rusiya Fövqəladə Hallar Nazirliyində yanan neft və yanacağın söndürülməsi üçün köpükləndiricilərin kəskin çatışmazlığı var.

 Yanğınsöndürənlər neft bazalarında baş verən yanğınları müşayiət etməyə, yanacağın yanmasına nəzarət etməyə məcburdurlar”скачать dle 12.1