Bia.Az

Aİ Ukraynaya daha 30 milyard yardım ayıracaq

Dünya
 20-12-2024, 00:46     1 000

Avropa İttifaqı (Aİ) ölkələri birliyin sammitində 2025-ci ildə Ukraynaya 30,6 milyard avro dəyərində yardım göstərəcəyini vəd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə sammitin yekun bəyanatında deyilir.

Sənədə əsasən, bu məbləğin 12,5 milyard avrosu 2027-ci ilə qədər ümumi həcmi 50 milyard avro olacaq Ukraynaya Dəstək Fondundan ödəniləcək. 18,1 milyard avro G7-nin 45 milyard avroluq kredit proqramından ayrılacaq ki, bunun da Rusiya aktivlərinin yenidən investisiya edilməsindən əldə olunacaq gəlirlərin “müsadirə edilməsi” yolu ilə qarşılanacağı gözlənilir.скачать dle 12.1