Bia.Az

TƏCİLİ: “Haber Global”ın əməkdaşı güllələndi – VİDEO

Dünya
 15-12-2024, 01:28     725

“Haber Global”ın əməkdaşı Məhərrəm Can Kurtuluş silahlı hücumda həyatını itirib.

Globalinfo.az xəbər verir ki, Kurtuluşa hücum edən 4 şübhəli qısa müddətdə saxlanılıb.

Onlardan birinin cinayət dolu keçmişinin olduğu üzə çıxıb.

O, 27 yaşında bu həyatla vidalaşıb.

Məlumata görə, avtomobilini dostu ilə İstanbulun Beylikdüzündə dayanacaqda saxlayıb. O, kafeyə tərəf gedərkən dayanacaqda dörd nəfərin məmurlarla mübahisə etdiyini görüb, tərəfləri sakitləşdirməyə çalışıb. Lakin hücum edənlər sakitləşməyərək Kurtuluşla əlbəyaxa olublar. Ətrafdakıların müdaxiləsi ilə tərəflər sakitləşib.

Haber Global çalışanı Muharrem Can Kurtuluş silahlı saldırıda hayatını kaybetti - Resim : 2
Lakin bir müddət sonra şübhəlilər geri qayıdıblar və dayanacaqda maşında gözləməyə başlayıblar. “Haber Global”ın əməkdaşı dostu ilə kafedən çıxarkən onun maşınının qarşısını kəsərək atəş açıblar. Ağır yaralanan Kurtuluş aparıldığı xəstəxanada dünyasını dəyişib.

Xüsusi əməliyyat polisinin iştirakı ilə keçirilən əməliyyatla 4 şübhəli yaxalanıb. Şübhəlilərin qaldıqları ünvanlarda aparılan axtarışlar zamanı 1 ədəd sənədsiz tapança, 4 ədəd tərəzi və 1 kiloqramdan çox  narkotik vasitə götürülüb.

Onun cənazəsi ailəsinə təhvil verilib. Kurtuluşun cənazəsi Reşitpaşa Ailə Qəbiristanlığında torpağa tapşırılıb.скачать dle 12.1