Trampdan şok: İranla müharibə başlaya bilər!

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp İranla müharibənin mümkünlüyünü istisna etməyib.
Axar.az xəbər verir ki, o, bunu “Taym” jurnalına müsahibəsində bildirib.
Tramp Tehranla münaqişənin başlama ehtimalı barədə suala belə cavab verib: "Hər şey mümkündür".
Bununla belə, siyasətçi gələcəkdə İrana qarşı hansı addımların atıla biləcəyini dəqiqləşdirməyib.