Bia.Az

Suriyada müvəqqəti hökumət quruldu

Dünya
 11-12-2024, 01:35     427

Suriyanın müvəqqəti hökumətinin tərkibi formalaşıb.

Teleqraf.com xəbər verir ki, bunu ölkənin baş naziri vəzifəsini icra edən Məhəmməd Əl-Bəşir bildirib.

O qeyd edib ki, hökumət bir neçə nazirdən ibarətdir.

Müvəqqəti hökumət konstitusiya məsələləri həll olunana qədər - 2025-ci ilin martına qədər fəaliyyət göstərəcək.

Əl-Bəşir vurğulayıb ki, müvəqqəti hökumət ölkənin dağılmasının qarşısını almaq üçün təhlükəsizliyi təmin edəcək və dövlət institutlarının sabitliyini qoruyacaq və yeni hökumət formalaşana qədər vətəndaşlara xidmət göstərəcək.скачать dle 12.1