Bia.Az

Zelenski Parisdə Zurabişvili ilə görüşdü

Dünya
 8-12-2024, 02:13     644

Ukrayna Prezidenti Vladimir Zelenski Parisdə Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Teleqram kanalı məlumat yayıb.

“Ukrayna indi öz layiqli gələcəyini müdafiə edən gürcü xalqını dəstəkləyir və onunla həmrəydir. Həmişə insanların fikrinə hörmət etmək və İvanişvili hökumətinin ölkəni Putinə təslim etməsinə imkan verməmək vacibdir”, - Zelenski bildirib.

Zelenskinin sözlərinə görə, bu, Rusiyanın qurmaq istədiyi Qara dəniz bölgəsinə nəzarət məsələsidir:

“Bu, regionda və Avropada hər kəsin milli təhlükəsizliyinə təhdiddir. Mən xanım prezidenti əmin etdim ki, biz öz tərəfimizdən həqiqətən sistematik şəkildə cavab vermək və Gürcüstan xalqına müstəqil yaşamaq hüququnu qorumağa kömək etmək üçün Avropadakı tərəfdaşlarla koordinasiyalı hərəkət edəcəyik”.скачать dle 12.1